BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • “BDU-dan başlayan liderlik hekayəsi”

            “BDU-dan başlayan liderlik hekayəsi”

            ELM 29 Aprel 2025 16:56

            “BDU-dan başlayan liderlik hekayəsi”

            Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Bakı Dövlət Universitetinin tarix yazan məzunu – BDU-dan başlayan liderlik hekayəsi” adlı tədbir keçirilib.

            Əvvəlcə Dövlət himni səsləndirilib, daha sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

            Tədbirdə Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov müstəqil Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolundan, dövlətçilik ideyalarına sadiqliyindən və ölkəmizin müasir tarixindəki misilsiz rolundan bəhs edib.  Ulu Öndərin hakimiyyəti dövründə ölkəmiz iqtisadi, siyasi, sosial, mədəni sahələrdə böyük irəliləyişlərə nail olub, əhalinin sosial rifah halı yaxşılaşıb. Bu gün qazandığımız bütün nailiyyətlərin, uğurların əsası dünya şöhrətli siyasi xadim Heydər Əliyev tərəfindən qoyulub. Dekan qeyd edib ki, Azərbaycanın minlərlə görkəmli dövlət və siyasi-ictimai xadimi Tarix fakültəsinin yetişdirmələridir. Dünya şöhrətli dahi şəxsiyyət, görkəmli dövlət xadimi, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev də BDU-nun Tarix fakültəsinin məzunudur. Ümumilli Lider Heydər Əliyev BDU-nu "Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırıb.

            Tarix fakültəsinin Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının müdiri Azad Rzayev isə çıxışında Ulu Öndər Heydər Əliyev siyasətinin davamlılığından və bu siyasi irsin gənc nəsillər tərəfindən dərindən öyrənilməsinin əhəmiyyətindən danışıb. O, Ümummilli Liderin milli dövlət quruculuğuna verdiyi töhfələri konkret faktlarla iştirakçıların diqqətinə çatdırıb.

            Sonra Ulu Öndərin zəngin həyat yolunu və siyasi fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

            Tədbirdə Tarix fakültəsinin II kurs tələbəsi Çimnaz Nurəliyeva “Heydər Əliyev (1982–1987-ci illər)”, I kurs tələbələri Maral Əlizadə “Heydər Əliyev (1990–1993-cü illər)” və Nigar Abdullayeva “Heydər Əliyev – Müstəqil Azərbaycanın qurucusu və qoruyucusu (1993–2003)” mövzularında məruzələrlə çıxış ediblər. Məruzələrdə Ümummilli Liderin həyatı və çoxşaxəli fəaliyyəti ilə bağlı mühüm məqamlar diqqətə çatdırılıb. Gənc tədqiqatçılar Ulu Öndərin müxtəlif dövrlərdə ölkənin ictimai-siyasi həyatında oynadığı mühüm rolu elmi yanaşma ilə təhlil ediblər.

            Sonda mövzu ətrafında interaktiv müzakirələr aparılıb.

            “BDU-dan başlayan liderlik hekayəsi”
            “BDU-dan başlayan liderlik hekayəsi”
            “BDU-dan başlayan liderlik hekayəsi”
            “BDU-dan başlayan liderlik hekayəsi”
            “BDU-dan başlayan liderlik hekayəsi”
            “BDU-dan başlayan liderlik hekayəsi”
            “BDU-dan başlayan liderlik hekayəsi”
            ELM

            Son XƏBƏRLƏR

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025