BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin növbəti qonağı yazıçı-publisist, jurnalist İlqar Rəsul olub

            BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin növbəti qonağı yazıçı-publisist, jurnalist İlqar Rəsul olub

            SOSİAL 7 May 2026 17:16

            BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin növbəti qonağı yazıçı-publisist, jurnalist İlqar Rəsul olub

            Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Jurnalistika fakültəsi üzrə üzvlərinin təşkilatçılığı ilə Azərbaycanın görkəmli jurnalisti, tanınmış ictimai xadim, professor Nəsir İmanquliyevin 115 illik yubileyinə həsr olunmuş “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin növbəti qonağı yazıçı-publisist, jurnalist İlqar Rəsul olub. Layihənin dördüncü dərsi “Müasir mediada redaktə işi” mövzusunda keçirilib.

            Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev bildirib ki, “Professor Nəsir İmanquliyev dərsləri” layihəsi çərçivəsindəki hər görüş tələbələr üçün yeni təcrübə fürsətidir. Müasir medianın müxtəlif aktual məsələlərinə həsr olunan silsilə mühazirələr özündə Nəsir İmanquliyev ənənələrinin izlərini daşıyır.

            Daha sonra çıxış edən İlqar Rəsul redaktənin əsas məqamlarına toxunub. Qeyd edib ki, hazırda mediada tanınan peşəkar jurnalist nəslinin böyük əksəriyyəti Nəsir İmanquliyevin məktəbinin yetirmələridir: “Jurnalistikada peşəkarlıq yazı ilə ölçülür. Məhz buna görə peşəkar jurnalistləri qələminə görə tanıyırlar. Əsas məsələlərdən biri peşəkarlıq yolunda yorulmadan səy göstərməkdir. Çünki yazdığımız hər bir sözü öz işimizlə müqəddəs edirik”.

            Günümüzdə redaktə işində yersiz ixtisarların da olduğundan söz açan İlqar Rəsul bunun müəlliflər tərəfindən birmənalı qarşılanmadığından danışıb: “Etik prinsiplər və ədəbi dilin normalarına riayət etmək daim öndə gəlməlidir. Müstəqil olmaq mediada hər şeyi yaza bilmək mənasına gəlmir. Jurnalistika fakültəsinin məzunları etik prinsiplərə daha çox əməl edirlər”.

            İlqar Rəsul informasiya çoxluğu dövründə dəqiqliyin operativliyə qurban verilməsi məsələsinə də toxunub. Bunun bəzən ciddi üslub xətalarına, qrammatik, məntiqi səhvlərə, fakt materialının təhrif edilməsinə yol açdığını bildirib: “Dezinformasiya hallarına ən çox rast gəldiyimiz Vətən müharibəsi dövründə yaşananlar hər birimizin yadındadır. Onün üçün dəqiqlik peşəmizin əsas açarıdır. Jurnalist fakta xidmət etməlidir. Fakta xidmət edirsə, Vətəninə və millətinə xidmət edir”.

            Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

            BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin növbəti qonağı yazıçı-publisist, jurnalist İlqar Rəsul olub
            BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin növbəti qonağı yazıçı-publisist, jurnalist İlqar Rəsul olub
            BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin növbəti qonağı yazıçı-publisist, jurnalist İlqar Rəsul olub
            SOSİAL

            Son XƏBƏRLƏR

            08.05.2026 | 18:05

            BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

            08.05.2026 | 17:44

            BDU-da “Azərbaycan” auditoriyası açılıb

            08.05.2026 | 14:31

            BDU əməkdaşları arasında idman yarışları keçirilib

            08.05.2026 | 14:14

            BDU-da “MediaPulse” təcrübə proqramının növbəti görüşü keçirilib

            08.05.2026 | 14:13

            BDU THİK “Rəqəmsal bacarıqlar” proqramlaşdırma müsabiqəsi keçirib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025