BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “Code For Future” layihəsinin məzun günü

            BDU-da “Code For Future” layihəsinin məzun günü

            İNNOVASİYA 24 Aprel 2025 17:21

            BDU-da “Code For Future” layihəsinin məzun günü

            Bakı Dövlət Universitetində (BDU) “Code For Future” layihəsinin növbəti məzun günü keçirilib.

            Mərasimdə çıxış edən BDU-nun rektoru Elçin Babayev Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən “Code For Future” layihəsinin yalnız Universitet deyil, bütün ölkə üçün önəmli olduğunu deyib. Bildirib ki, ali təhsil müəssisələrinin məqsədi əmək bazarının tələblərinə cavab verən kadrlar hazırlamaqdır. Bu layihə də həmin məqsədə xidmət edir və uğurla icra edilir: “Universitetimizdə “Code For Future”dən sonra “DevEducation” İT kolleci, “Codelandia” kimi layihələr tələbələrimiz üçün yeni imkanlar açıb. Bütün bu təşəbbüslərin keçirilməsində və davam etdirilməsində göstərilən dəstəyə görə Elm və Təhsil Nazirliyinə təşəkkür edirik”.

            BDU rektorunun rəqəmsallaşdırma və informasiya texnologiyaları üzrə müşaviri Şəbnəm Səfərova “Code For Future” layihəsinin 2021-ci ildən uğurla icra olunduğunu və tələbələrin İT biliklərinin artırılmasında böyük rol oynadığını vurğulayıb. Qeyd edib ki, layihənin ötənilki məzunları bu gün həmin layihədə müəllim kimi tədris prosesinə cəlb olunublar. Layihənin uğurlu nəticəsi məzunların 90%-dən çoxunun məşğulluq prosesinə cəlb olunmasıdır. Bu, həm də davamlılığın nəticəsidir. Artıq VI sənaye inqilabının astanasında olan və süni intellekt ilə əhatə olunan dünyada sürətlə inkişaf edən İT sahəsi tələbat deyil, zərurətdir: ““Code For Future” layihəsinin məzunlarını BDU-da yüksəkixtisaslı kadr potensialının artırılması işində yaxından iştirakını görməyi arzu edirik”.

            “Code Academy”nin biznesin inkişafı üzrə baş direktoru və Akademik şöbənin rəhbəri Tuğrul Kapucuoğlu üç ildən çoxdur davam edən layihənin nəticələri ilə qürur duyduğunu deyib. O bildirib ki, bu illər ərzində ölkənin 6 üniversiteti üzrə 3 minə yaxın tələbəsi olan “Code For Future”nin məzunlarının əldə etdiyi beynəlxalq sertifikatlar uğurdan xəbər verir: “Məzunlarımıza və layihəmizə qoşulacaq yeni tələbələrə uğurlar arzulayırıq”.

            “Code For Future” layihəsinin ötən proqramlarının məzunu olan Elnur Hüseynov uğur hekayəsini bölüşüb, layihədən maksimum yararlanmağı tövsiyə edib.

            “Code For Future” layihəsinin baş koordinatoru Asya Rüstəmova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən layihənin mindən çox məzunu arasında apardığı statistik məlumatlardan ibarət təqdimatla çıxış edib. Bildirib ki, 2021-ci ildən “Code For Future” layihəsinin 2658 məzunu olub ki, onun da 515 nəfəri BDU-nun tələbə və məzunlarıdır. 150 tələbə də beynəlxalq sertifikat əldə edib ki, bu da çox yüksək nəticədir.

            Daha sonra layihə çərçivəsində tədrisi başa vuran BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin və SABAH qruplarının “Kompüter elmləri” ixtisasının III kurs tələbələri İzafə Tağıyeva və Ayla Atakişiyevanın hazırladıqları layihələrin təqdimatı keçirilib.

            Tədbirin sonunda “Code For Future”nin məzunu olan BDU tələbələrinə sertifikatlar təqdim olunub.

            BDU-da “Code For Future” layihəsinin məzun günü
            BDU-da “Code For Future” layihəsinin məzun günü
            BDU-da “Code For Future” layihəsinin məzun günü
            BDU-da “Code For Future” layihəsinin məzun günü
            BDU-da “Code For Future” layihəsinin məzun günü
            BDU-da “Code For Future” layihəsinin məzun günü
            BDU-da “Code For Future” layihəsinin məzun günü
            BDU-da “Code For Future” layihəsinin məzun günü
            BDU-da “Code For Future” layihəsinin məzun günü
            İNNOVASİYA SOSİAL

            Son XƏBƏRLƏR

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            05.12.2025 | 12:04

            BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025