Təsərrüfatın idarə olunması Departamenti

Təsərrüfatın idarə olunması Departamenti (TİD) üç şöbə və dörd sektordan ibarətdir:

  •     Təsərrüfat şöbəsi;
  •     Təmir-tikinti işləri sektoru;
  •     Abadlıq və təmizlik işləri sektoru;
  •     Xidmətlərin təşkili şöbəsi;
  •     Kommunal və kommunikasiya xidmətləri sektoru;
  •     Nəqliyyat xidmətləri sektoru;
  •     İctimai iaşə xidməti (sektor hüququnda);
  •    Əməyin mühafizəsi və təhlükəsizlik texnikası şöbəsi;

 

 TİD-İN FƏALİYYƏTİNİN ƏSAS MƏQSƏDİ



 

TİD-in fəaliyyətinin əsas məqsədi maddi, mənəvi və sosial tələbatların ödənilməsi yolu ilə əməkdaşların məhsuldarlığının artırılmasına və universitetə bağlılığına nail olmaqdır.
 
 

TİD-İN ƏSAS FUNKSİYALARI



 

  • Təsərrüfat şöbəsinin funksiyaları

Şöbə aşağıdakı funksiyaları həyata keçirir:

Universitetin məqsədlərinə və strateji inkişaf tələblərinə uyğun olaraq, şöbəyə və onun bölmələrinin təsərrüfat-xidməti işlərinə rəhbərliyi təmin etmək;

Universitetin inkişaf strategiyasına uyğun olaraq şöbənin strateji və taktiki planlarını, habelə müxtəlif normativ sənədləri, hesabat və məlumatları hazırlamaq;

Şöbənin səlahiyyətlərinə dair məsələlər üzrə universitetə daxil olan müraciətlərə  baxır, hüquqi və fiziki şəxslərin məktublarına və sorğularına cavablar hazırlamaq;

Qanunvericilikdə nəzərdə tutulmuş digər funksiyaları yerinə yetirir.

 

  • Təmir-tikinti işləri sektorunun funksiyaları


Layihələşdirmə, tikinti,  istehsalat, əməyin və idarəetmənin təşkili, metroloji təminat, texniki nəzarət, elmi-texniki fəaliyyət üzrə işləri yerinə yetirmək;

Texniki-iqtisadi təhlil aparır, qəbul olunan və həyata keçirilən qərarları kompleks şəkildə əsaslandırır. İşlərin, xidmətlərin görülmə müddətlərinin ixtisara salınmasının mümkünlüyünü araşdırır, onların yerinə yetirilməsi prosesinin hazırlanmasına, lazımi texniki materiallar, məlumatlar və avadanlıqla təmin olunmasına təsir göstərmək;

Layihə, proqram, plan və müqavilələrin həyata keçirilməsində metodiki və praktiki yardım göstərir. Texniki sənədlərin ekspertizasını, avadanlığın vəziyyətinə və istismar edilməsinə nəzarət edir, daxili ehtiyatları üzə çıxarır, onun işində olan çatışmamazlığın və nasazlığın səbəblərini müəyyən edir, onların aradan qaldırılması tədbirlərini həyata keçirir. 

 

  • Abadlıq və təmizlik işləri sektorunun funksiyaları


 Xidmət olunan binanın ətrafındakı səki, meydança və sahələrin, səkilərin qar və buzdan vaxtında təmizlənməsi, onlara qum səpilməsi, qoyulmuş zibil qutularının yuyulması və onların vaxtaşırı zibildən təmizləmək;

Universitetdə təmizlik işlərinin həyata keçirilməsini, o cümlədən döşəməni silib-süpürmək, pəncərə və qapıları yuyub-təmizləmək, şüşələri silmək, stol və avadanlıqların tozunu almaq, iş yerlərini hazırlanmaq və yığışdırmaq.

 

  • Xidmətlərin təşkili şöbəsinin funksiyaları


Universitetdə cari və əsaslı təmirin aparılmasını təmin etmək, tədris tələblərinə uyğun olaraq auditoriya, fənn və iş otaqlarında kommunikasiyaların fasiləsiz fəaliyyətini təmin etmək;

Müvafiq sahədə mütəxəssislərin hazırlanması və ixtisasının artırılması  üçün təkliflər vermək;

Müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;

Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş  digər hüquqları həyata keçirir.

 

  • Kommunal və kommunikasiya xidmətləri sektorunun funksiyaları


Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin etmək;

Universitetin müvafiq bölmələri, həmkarlar təşkilatı və əmək kollektivi ilə birlikdə istehlak fondundan istifadə smetasının layihəsini, onun xərclənməsi istiqamətlərini, kollektiv müqaviləni, yuxarı təşkilatların əmək sahəsində qərar və sərəncamlarına riayət olunmasına nəzarət edir, əmək göstəricilərinin uçotunu və statistik hesabatların tərtib olunmasını təmin edir.

 

  • Nəqliyyat xidmətləri sektorunun funksiyaları

Avtonəqliyyat vasitəsi üçün ehtiyat hissələrinin alınmasına sifarişlər, təmir işləri ilə əlaqədar texniki sənədləri, iş haqqında hesabatlar tərtib etmək; avtonəqliyyat vasitəsinin zəruri ehtiyat hissələri ilə vaxtında təmin olunmasına nəzarət etmək;

Nəqliyyat vasitələrinin istismarı və təmiri ilə bağlı bütün təşkilati məsələləri həll etmək üçün nəqliyyat vasitələrinin təmiri texnologiyasına yiyələnmək.

 

  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikası şöbəsinin funksiyaları

İş yerlərində təhlükəli və zərərli istehsalat amillərini aşkar etmək;

Təhlükəli və zərərli istehsalat amillərinin parametrlərinin ölçülməsinin təşkilində əməyin mühafizəsi tələblərinə müvafiq iş yerlərinin və istehsal avadanlıqlarının attestasiya edilməsində, sertifikatlaşdırılmasında Universitetin bölmələrinə köməklik göstərmək;

Universitenin struktur rəhbərləri və digər xidmətləri ilə birlikdə istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması, əmək şəraitinin yaxşılaşdırılması və onları əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələbləri səviyyəsində çatdırmaq, tədbirlər hazırlamaq, həmçinin planlaşdırılmış tədbirlərin yerinə yetirilməsinə dair təşkilati köməklik göstərmək;

İşçilər üçün əməyin mühafizəsi üzrə təlimatların; əməyin mühafizəsi sistemi standartların müəssisə standartının; iş yerlərində ilkin təlimatlandırmadan azad olunan peşələrin və işçi vəzifələrinin siyahısına aid sənədlərin layihələrini razılaşdırmaq;

Universitet işçilərinin əməyin mühafizəsi üzrə biliklərini yoxlayan komissiyanın işində iştirak edir.