QISA BİOQRAFİK MƏLUMAT
- 19 avqust 1991-ci ildə Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuşdur.
TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
- 1998 - 2007 Bakı şəhəri, Sabunçu rayonu, Tahir Firuzoğlu adına 252 nömrəli məktəbdə təhsil almışdır.
- 2007 - 2009 Bakı şəhəri, Sabunçu rayonu, 271 nömrəli məktəbdə təhsil almışdır.
- 2009 - 2013 Bakı Dövlət Universiteti, Biologiya fakültəsi, Biologiya ixtisası üzrə bakalavr təhsili.
- 2015 - 2017 Bakı Dövlət Universiteti, Biologiya fakültəsi, Bitki fiziologiyası ixtisası üzrə magistr təhsili.
- 2018 - 2022 Bakı Dövlət Universiteti, Biologiya fakültəsi, Biofizika və biokimya kafedrasının (əvvəlki Biofizika və molekulyar biologiya kafedrası) qiyabi doktorantı olmuşdur.
ƏMƏK FƏALİYYƏTİ
- 2015 – 2017 BDU-nun Biofizika və biokimya (əvvəlki Biofizika və molekulyar biologiya kafedrası) kafedrasının 0,5 ştat böyük laborantı
- 2017 – ci ildən hal-hazıradək BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin nəzdində Biomühəndislik ETL (əvvəlki adı Biotexnologiya ETL) kiçik elmi işçi
TƏDQİQAT SAHƏSİ
- Genom üzərində müxtəlif analiz-hesablama tədqiqatlarının aparılması üçün analizator sistemin yaradılması
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
- 2016 “Intensive Chlorella vulgaris culture in laboratory scale photobioreactors”, Azərbaycan xalqının böyük oğlu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cüi ildönümünə həsr olunmuş Gənc Alimlərin və Tədqiqatçıların “Müasir Biologiyanın İnnovasiya Problemləri”
- 2017 “Təbii bioaktiv maddələrin lokal verilənlər bazasının yaradılması”, Azərbaycan xalqının böyük oğlu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş Gənc Alimlərin və Tədqiqatçıların “Müasir Biologiyanın İnnovasiya Problemləri”
- 2018 “Azərbaycanın endemik sortu olan Qızıl Əhmədi almasının antiradikal aktivliyinin təyini”, Azərbaycan xalqının böyük oğlu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Gənc Alimlərin və Tədqiqatçıların “Müasir Biologiyada İnnovativ Yanaşmalar”
- 2018 “Dərman bitkilərində rast gəlinən təbii bioaktiv maddələrin lokal bazasının yaradılması”, Azərbaycan xalqının böyük oğlu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Gənc Alimlərin və Tədqiqatçıların “Müasir Biologiyada İnnovativ Yanaşmalar”
- 2019 “Yerli qara məxməri çaylar və seylon çayının sərbəst radikal söndürmə qabiliyyətinin təyini və müqayisəsi”, Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş “Müasir Biologiyada İnnovativ Yanaşmalar”
- 2019 “Ekspressiyanın gen quruluşu kompozisiyasından asılılığının təyini üçün kompleks analiz sisteminin yaradılması”, Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş “Müasir Biologiyada İnnovativ Yanaşmalar”
TƏDQİQATÇININ PROFİLİ