Rəşad Eldar oğlu Cabarov

BDU Həmkarlar İttifaqı Komitəsinin sədri

4 noyabr 1983-cü ildə  Bakı şəhərində anadan olmuşdur.  

2000-ci ildə Bakı Dövlət Universitetinə daxil olmuş, 2005-ci ildə Bakı Dövlət Universitetini ilahiyyatçı və ərəb dili müəllimi ixtisası, 2015-2019-cu illərdə isə Əlavə təhsil üzrə Bakı Dövlət Universitetini tarix ixtisası üzrə bitirmişdir.

2017-2021 ci ildə Bakı Dövlət Universitetində fəlsəfə doktoru proqramı üzrə təhsil almışdır. 

2018-2019-cu illərdə Bakı Dövlət Universitetinin Asiya və Afrika ölkələri tarixi  kafedrasında baş laborant;

2019-cu ildə Bakı Dövlət Universitetinin Əlavə təhsil mərkəzində baş metodist, 2019-cu il bələdiyyə və 2020-ci il parlament seçkilərində 16 saylı Yasmal ikinci seçki dairəsinin 11 saylı məntəqəsində sədr;

2019-2020-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini  vəzifələrində çalışmışdır.  

2020-ci ildən Bakı Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsini sədri, Tarix fakültəsinin Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının baş müəllimidir. 

2024-cü ildə dissertasiya işini müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

Yeni Azərbaycan Partiyasının üzvüdür. 

2019-cu ildə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı,  2021-ci ildə “Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının 100 illiyi (1920-2020)” yubiley döş nişanı ilə təltif olunmuşdur. 

Ailəlidir, iki övladı var.