
BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri
9 aprel 1990-cı ildə Bakı şəhərində anadan olmuşdur.
2011-ci ildə Bakı Slavyan Universitetini “Tərcümə” ixtisası (rus-ingilis dilləri) üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
2012-2015-ci illərdə Poltava (Ukrayna Respublikası) Ticarət və İqtisadiyyat Universitetində MBA proqramı üzrə Biznesin idarə edilməsi ixtisası üzrə magistr təhsili almışdır.
2012-2016-cı illərdə Bakı Slavyan Universitetinin Türkiyə Araşdırmaları Mərkəzində elmi işçi;
2012-2016-cı illərdə Bakı Slavyan Universiteti üzrə Ərazi İlk Partiya Təşkilatının sədr müavini;
2016-2018-ci illərdə Bakı Mühəndislik Universitetinin Azərbaycan Multikulturalizmi Elm-Tədris Mərkəzinin direktor müavini;
2018-2019-cu illərdə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədrinin müşaviri;
2020-ci ildə (fevral-iyun) Bakı Dövlət Universitetinin tarixi Muzeyinin direktoru;
2020-ci ilin iyun ayından Bakı Dövlət Universitetinin Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri vəzifəsində çalışır.
2024-cü ildən Sosial elmlər və Psixologiya fakültəsinin Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müəllimdir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
2024-cü ildə “BMT”nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) fəal iştirakına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Təşəkkürnamə” ilə təltif olunmuşdur.
Ailəlidir, bir övladı var.