QISA BİOQRAFİK MƏLUMAT
- 10 oktyabr 1990-cı ildə Azərbaycanın Goranboy rayonunda anadan olmuşdur
TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
- 1996 - 2007 Goranboy rayonu Asif Məmmədov adına 3 saylı orta məktəbində təhsil alıb
- 2007 - 2011 Bakı Dövlət Universitetinin Biologiya fakültəsi "Biologiya " ixtisası üzrə bakalavr təhsili.
- 2013 - 2015 Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin "Insan və heyvan fiziologiyası" ixtisası üzrə magistratura təhsili (fərqlənmə diplomu ilə).
- 2007-2010 - 2015-2018 Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin Biokimya və biotexnologiya kafedrasının əyani doktorantı olub.
ƏMƏK FƏALİYYƏTİ
- 2009 - 2009 Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi nəznində Əhalinin siyahıya alınmasında işçi
- 2012 - 2013 Şəki şəhəri Göybulaq kənd orta məktəbi , biologiya –kimya müəllimi (azərbaycan və rus dilində)
- 2014 - 2015 Bakı Dövlət Universiteti,Biologiya fakültəsinin, Biokimya və biotexnologiya kafedrasında 0,5 ştat böyük laborant
- 2015 - 2018 Bakı Dövlət Universiteti, Biokimya və biotexnologiya kafedrasının 0,5 ştat laborantı
- 01.2019 - 04.2022 Bakı Dövlət Universiteti, Biokimya və biotexnologiya kafedrasının böyük laborantı
- 02.09.2019 - 02.03.2020 Hədəf liseyi, Nəsimi filialı, biolgiya, həyat bilgisi və kimya fənnləri üzrə əvəzçiliklə müəllimi.
- 2022 - hal-hazıradək BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi nəzdində Biomühəndislik ETL-nın tam ştat elmi işçisi
- 11.2022 - hal-hazıradək BDU-nun Biologiya fakültəsinin Molekulyar biologiya və biotexnologiyalar kafedrasının 0,5 ştat əvəzçiliklə müəllimi
TƏDQİQAT SAHƏSİ
- Pambıq, qarğıdalı, soya,buğda bitkilərinin biotik və abiotik stress şəraitlərində və fitohormonların iştirakı ilə prooksidant - antioksidant fermentativ sisteminin aktivliyinin tədqiqi
BEYNƏLXALQ TƏLİM VƏ MÜBADİLƏ PROQRAMLARINDA İŞTİRAKI
- Bakı Dövlət Universiteti ilə Çexiyanın Karlova Universiteti arasında imzalanmış memorandum çərçivəsində; 1) 2015- Çexiyanın Karlova Universitetində 1 aylıq təlim , 2) 2016 - Çexiyanın Karlova Universitetində1 aylıq təlim .
- Vişeqrad grantı hesabına: IX.2017 – III.2018 – Çexiyanın Kimya və Texnologiya Universitetinin və Çexiyanın Elmlər Akademiyasının Eksperimental Botanika İnstitutunun Patoloji Fiziologiya Laboratoriyasında təlim almışdır
- 12.04-25.06.2021- tarixlərində Harvard Universitetinin təşkil etdiyi "Biokimya" və "Genetika" ixtisasartırma kurslarında iştirak etmiş və Müvəffəqiyyət sertifikatları ilə təltif olunmuş.
- 2021 il 4-7 oktyabr- “1st ICESCO WORKSHOP ON FUNDAMENTALS OF INSTRUMENTATION & REVERSE ENGINEERING”təlimində iştirak etmiş və sertifikatla təltif olunmuşdur.
- 26.09.2022-30.09.2022 -Bosniya və Herseqovina Federasiyasının Sarayevo şəhərində yerləşən Sarayevo Universitetinin nəzdində fəaliyyət göstərən Gen mühəndisliyi və Biotexnologiya İnstitutunda ( İNGEB) keçirilən “Genom editing” (Genom redaktəsi) tədqiqat üsulu üçün təşkil olunmuş praktiki təlimdə iştirak etmiş və sertifikatla təltif olunmuşdur.
- 14.11.2022-18.11.2022 -Türkiyə Respublikası İzmir şəhərində yerləşən İzmir Yüksək Texnoloji İnstitutunda (İYTE) keçirilən “Genom editing” (Genom redaktəsi) tədqiqat üsulu üçün təşkil olunmuş nəzəri və praktiki təlimdə iştirak etmişdir.
- 19.12.2022-23.12.2022- ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) “Özəl sektorun inkişafı” layihəsinin dəstəyi ilə Missuri Universitetinin professoru Binq Yanq Bakı Dövlət Universitetində (BDU) keçirdiyi təlimdə iştirak etmişdir.
TƏDQİQATÇININ PROFİLİ
https://scholar.google.com/citations?user=atCCekMAAAAJ&hl=ru