“BDU könüllüləri” təşkilatının əsas missiyası BDU tələbələrinin şəbəkələşməsini təmin etmək, dövlətçilik və vətənpərvərlik ruhunu yüksəltmək, hər bir tələbə-gənci əhatə etmək və onların şəxsi, akademik və peşəkar inkişafını dəstəkləməkdir.
BDU-nun könüllülük siyasəti tələbələrin gələcək inkişafını təmin etməklə yanaşı, Universitetin bu fəaliyyətin təşkili sahəsində ali təhsil müəssisələri arasında qabaqcıl rolunu möhkəmləndirməyə yönəlib. “BDU könüllüləri” təşkilatının missiyası aşağıdakı əsas istiqamətləri əhatə edir:
- Azərbaycanda aparılan gənclər siyasətinə və könüllü hərəkatına dəstək vermək;
- Tələbələr arasında ictimai iştirakçılığı təşviq etmək və sosial məsuliyyət hissini artırmaq;
- Tələbə-gənclərin praktiki bilik və bacarıqlarını artırmaq, onların əmək bazarına hazırlığını təmin etmək;
- Universitetin sosial fəaliyyət istiqamətinə uyğun layihələr və təşəbbüsləri təşkil etmək;
- Sosial məsuliyyət, milli-mənəvi dəyərlərin qorunması və sağlam həyat tərzi ilə bağlı maarifləndirmə işinə dəstək vermək;
- Tələbələrin müasir texnologiyalardan istifadə imkanlarını genişləndirmək;
- Universitetdə təlim, tədris və sosial fəaliyyətin təşkili sahəsində töhfələr vermək.
Bu missiya tələbələrin həm universitet daxilində, həm də geniş ictimai müstəvidə aktiv iştirakını dəstəkləyir, onların gələcək karyera və şəxsi inkişaf üçün hazırlığını gücləndirir və Azərbaycan gənclik siyasətinə töhfə verir.