ERMƏNİ ARAŞDIRMALARI VƏ TƏLİM MƏRKƏZİ

Mərkəzin yaradılmasında əsas məqsəd erməni məsələsi ilə bağlı tariximizin aktual problemlərinin öyrənilməsi, Azərbaycan ictimaiyyətinin Ermənistanda baş verən ictimai-siyasi prosesləri təhlil etmək, elmi ictimaiyyəti xəbərdar etmək, Ermənistan dövlətinin və erməni diasporunun xarici ölkələrdə Azərbaycana və türk dünyasına qarşı apardığı destruktiv fəaliyyətinin elmi cəhətdən, faktlarla, arqumentlərlə ifşa olunması və bu müstəvidə tədqiqatların aparılmasıdır. Mərkəzin elmi fəaliyyətinin əsas istiqamətlərindən biri də erməni əsilli Avropa tarixçilərinin əsərlərinin araşdırılması və nəticələrin erməni konyukturasına qarşı istifadə edilməsi yolunun müəyyən edilməsidir. Mərkəzin əsas vəzifəsi erməni tarixinin, dilinin, mədəniyyətinin, adət-ənənələrinin daha dərindən və hərtərəfli öyrənilməsi və bu sahə üzrə ixtisaslı mütəxəssisləri hazırlamaqdır.