DOKTORANTURA ŞÖBƏSİ

Şöbənin vəzifələri: 

  • BDU-nun doktorantura pilləsinə elmi və pedaqoji kadrların hazırlanması üçün tədris işlərinin təşkil etmək və həyata keçirmək;
  • Müvafiq ixtisaslar üzrə doktorantların hazırlanması prosesini təşkil etmək və həyata keçirmək;
  • Tədris və elmi-tədqiqat işlərinin təşkili təcrübəsi ilə mübadilə üzrə BDU-nun həyata keçirdiyi tədbirlərdə iştirak etmək, ali təhsil müəssisələrinin qurumlarına təcrübə mübadiləsi qaydasında istədikləri zəruri informasiya materiallarının əldə olunmasında yardım göstərmək;
  • BDU-nun müvafiq strukturları tərəfindən elmi və pedaqoji kadrların hazırlanması üçün əsas təhsil proqramlarını hazırlamaq və həyata keçirilməsi üçün tədbirləri təşkil etmək, informasiya və metodiki dəstək vermək;
  • Yüksək ixtisaslı kadr hazırlığı sahələrinin lisenziyalaşdırılması və akkreditasiyası üçün sənədləri hazırlamaq;
  • Elmi və elmi-pedaqoji kadrların hazırlanması ilə əlaqədar əmr, təlimat və digər sənədlərin layihələrini hazırlamaq;
  • Elmi və elmi-pedaqoji kadrların hazırlanması üçün pullu təhsil xidmətlərinin göstərilməsi üzrə işi təşkil etmək;
  • Doktorantların attestasiyasını təşkil etmək;
  • Şöbənin fəaliyyətinə dair hesabat və digər məlumatları hazırlamaq.

 Şöbənin funksiyaları: 

  • BDU-nun uyğun kafedra və fakültələri ilə birlikdə doktorantların tədris prosesini, elmi-pedaqoji təcrübələri, doktoranturaya qəbul və minimum imtahanlarının qəbulu üçün imtahan sessiyalarını və sessiya üçün lazım olan bütün sənədlərin təşkilini həyata keçirmək;
  • Yüksək ixtisaslı kadr hazırlığı üzrə tədris prosesinin koordinasiyasını və monitorinqini aparmaq;
  • Lisenziyalaşdırma və dövlət akkreditasiya prosedurlarına hazırlıqların planlaşdırılması, təşkili və monitorinqini həyata keçirmək. Zəruri sənədləri hazırlamaq;
  • Şöbənin səlahiyyətlərinə aid olan məsələlər üzrə planları, qaydaları, hesabatları, arayışları və digər planlaşdırma və hesabat sənədlərini hazırlamaq;
  • Şöbənin işi haqqında rüblük və illik hesabatları tərtib etmək;
  • Elmi və elmi-pedaqoji kadrların hazırlanması ilə bağlı zəruri hesabatları hazırlamaq;
  • Doktorantlarla təşkilati, instruktiv və tematik yönümlü görüşlər təşkil etmək;
  • Müxtəlif səviyyəli təqaüdlərə və mükafatlara namizədlərin irəli sürülməsi üzrə işi təşkil etmək;
  • BDU rəhbərliyinin əmr və göstərişlərinin icrasını təşkil etmək.