Yaponiyanın Qunma Universiteti elan edir: “Qunmanın qlobal çağırışı: təbiəti, ənənəsi və müasir cəmiyyəti” Onlayn Yay Proqramı 2022
11 Fevral 15:05

Yaponiyanın Qunma Universiteti elan edir: “Qunmanın qlobal çağırışı: təbiəti, ən...

Yaponiyanın Qunma Universiteti xarici ölkələrdəki tərəfdaş universitetlərdə təhsil alan bakalavriatura, doktorantura pillələrinin tələbələri üçün onlayn yay proqramı təqdim edir. Proqram tələbələrə pandemiya şəraitində intensiv dil və mədəniyyət kurslarında iştirak edərək elm, mədəniyyət, dil və Qunma Universiteti haqqında biliklərə yiyələnmək imkanı verəcək. Onlayn Yay Proqramının əsas konsepsiyası, Yaponiyaya təsir edən sosial problemlər, Qunmanın əhalisi, təbii mühiti, mədəniyyəti haqqında məlumat əldə etmək və regional canlanma ilə bağlı yeni layihələr həyata keçirməkdir. Kurs Yaponiyanın öyrənilməsi üzrə mühazirələr, layihə işi, qrup müzakirəsi və təqdimatdan ibarətdir. İştirakçılar üçün yapon tələbələrlə qarşılıqlı əlaqə imkanı yaradılacaq.

Elan: “Xocalını unutmadıq” adlı rəsm sərgisi
25 Yanvar 16:29

Elan: “Xocalını unutmadıq” adlı rəsm sərgisi

Bakı Dövlət Universitetində Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş “Xocalını unutmadıq” adlı tələbə rəsm sərgisi keçiriləcək. Sərgiyə Xocalı hadisələri zamanı törədilmiş soyqırımı faktlarını, erməni təcavüzkarları tərəfindən zaman-zaman xalqımızın başına gətirilən faciələri, genosid faktlarını, eyni zamanda, dövlətimizin ərazi bütövlüyünün bərpası yolunda göstərdiyi qələbə əzmini əks etdirən və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət edən əsərlər qəbul olunur.

Azərbaycan Respublikası Təhsil Nazirliyi BAKI DÖVLƏT UNİVERSİTETİ fakültə və kafedralarda boş olan vəzifələri tutmaq üçün MÜSABİQƏ ELAN EDİR
6 Yanvar 12:29

Azərbaycan Respublikası Təhsil Nazirliyi BAKI DÖVLƏT UNİVERSİTETİ fakültə və kaf...

Azərbaycan Respublikası Təhsil Nazirliyi BAKI DÖVLƏT UNİVERSİTETİ aşağıdakı fakültə və kafedralarda boş olan vəzifələri tutmaq üçün MÜSABİQƏ ELAN EDİR

Elan: “İlin gənc alimi” nominasiyası üzrə müsabiqə
4 Yanvar 13:31

Elan: “İlin gənc alimi” nominasiyası üzrə müsabiqə

2 Fevral Azərbaycan Gəncləri Gününə həsr olunmuş və mütəmadi olaraq keçirilməsi nəzərdə tutulan “İlin gənc alimi” mükafat müsabiqəsinin məqsədi Bakı Dövlət Universitetinin (BDU) yaşı 35-ə qədər olan, il ərzində aktiv elmi fəaliyyət göstərərək yüksək elmi nəticələrə nail olmuş, təsir (impakt) faktorlu, tanınmış bazalarda indekslənən nüfuzlu jurnallarda və nəşrlərdə dərc olunmuş elmi məqalələri və digər elmi əsərləri olan, elmi işlərinə istinad olunan, həmçinin yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş magistrant, doktorant və əməkdaşlarının mükafatlandırılmasıdır.

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN SABAH QRUPLARINDA PROFESSOR-MÜƏLLİM HEYƏTİ VƏ MÜTƏXƏSSİSLƏR SAATHESABI (ƏVƏZÇİLİK) QAYDADA İŞƏ DƏVƏT OLUNUR
4 Yanvar 13:23

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN SABAH QRUPLARINDA PROFESSOR-MÜƏLLİM...

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN SABAH QRUPLARINDA (BAKALAVR) 2021/2022–Cİ TƏDRİS İLİNİN YAZ SEMESTRİNDƏ MÜXTƏLİF FƏNLƏRİN TƏDRİSİNİ APARMAQ MƏQSƏDİLƏ VAKANT YERLƏR ÜÇÜN PROFESSOR-MÜƏLLİM HEYƏTİ VƏ MÜTƏXƏSSİSLƏR SAATHESABI (ƏVƏZÇİLİK) QAYDADA İŞƏ DƏVƏT OLUNUR

BDU-da “IEEE Xplore beynəlxalq verilənlər bazasının elm və tədris mənbələri: inkişaf üçün yeni imkanlar və axtarışlar” mövzusunda onlayn təlim
22 Noyabr 10:21

BDU-da “IEEE Xplore beynəlxalq verilənlər bazasının elm və tədris mənbələri: ink...

2021-ci il 24 noyabr tarixində (saat 14:00) BDU-da “IEEE Xplore beynəlxalq verilənlər bazasının elm və tədris mənbələri: inkişaf üçün yeni imkanlar və axtarışlar” mövzusunda onlayn təlim keçiriləcəkdir.

“Qeyri-səlis məntiq və tətbiqləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək
5 Oktyabr 10:11

“Qeyri-səlis məntiq və tətbiqləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləc...

Bakı Dövlət Universiteti və Holon Texnologiya İnstitutunun (Israil) birgə təşkilatçılığı ilə 2021-ci ilin 20-21 dekabr tarixlərində “Qeyri-səlis məntiq və tətbiqləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcəkdir.

Elan: “Fizikada Müasir Trendlər” mövzusunda VII beynəlxalq konfrans
30 Sentyabr 14:33

Elan: “Fizikada Müasir Trendlər” mövzusunda VII beynəlxalq konfrans

akı Dövlət Universiteti, Romanın La Sapienza Universiteti, STAR-NET Nüvə Texnologiyaları üzrə Regional Təhsil və Təlim Şəbəkəsi, Macarstanın Szeged Universiteti və Rusiya Federasiyasının Birləşmiş Nüvə Tədqiqatları İnstutunun birgə təşkilatçılığı ilə 2021-ci ilin 15-17 dekabr tarixlərində “Fizikada Müasir Trendlər” mövzusunda VII beynəlxalq konfrans keçiriləcəkdir.

Elan: “İşğal olunmuş ərazilərimizin azad olunması müstəqilliyimizin 30-cu ildönümünə ən böyük töhfədir” mövzusunda beynəlxalq elmi konfrans
23 Sentyabr 15:55

Elan: “İşğal olunmuş ərazilərimizin azad olunması müstəqilliyimizin 30-cu ildönü...

Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunmuş “İşğal olunmuş ərazilərimizin azad olunması müstəqilliyimizin 30-cu ildönümünə ən böyük töhfədir” mövzusunda beynəlxalq elmi konfrans

Elan: Professor Cəfər Quluzadə-85
25 Avqust 11:12

Elan: Professor Cəfər Quluzadə-85

Bakı Dövlət Universitetində 27 avqust 2021-ci il tarixində saat 11:00-da Əməkdar müəllim, fizika - riyaziyyat elmləri doktoru, professor Quluzadə Cəfər Müseyib oğlunun 85 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcəkdir.