BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “Erasmus+ KA2” layihəsi çərçivəsində yay məktəbi

            BDU-da “Erasmus+ KA2” layihəsi çərçivəsində yay məktəbi

            12 Sentyabr 2022 15:27

            BDU-da “Erasmus+ KA2” layihəsi çərçivəsində yay məktəbi

            BDU-da əmək bazarının tələblərinə uyğun yeni ixtisas və ixtisaslaşmalar üzrə mütəxəssislərin hazırlanması istiqmətində məqsədyönlü işlər aparılır. Bu istiqamətdə Tətbiqi riyaziyyat və kibernetika fakültəsində “Mobil tətbiqlərin hazırlanması və oyun dizaynı” ixtisaslaşması üzrə “MAGnUS Erasmus+ KA2” layihəsi çərçivəsində kadrlar hazırlanır. Layihədə İsveç, Böyük Britaniya, Estoniya, Portuqaliya və Rusiya Federasiyasından tanınmış universitetlər istirak edir. İxtisaslaşma yalnız BDU-da mövcuddur. İxtisaslaşma üzrə kadr hazırlığı 2021/2022-ci tədris ilindən başlayaraq Tətbiqi riyaziyyat və kibernetika fakültəsində magistratura təhsil səviyyəsinin ingilis bölməsində həyata keçirilir. Tədrisin yeni məzmunda təşkil olunması və əmək bazarının tələblərinə uyğun kadrların hazırlanması məqsədilə tədris prosesinə BDU ilə yanaşı, sənaye və biznes müəssisələrindən ixtisas üzrə peşəkar mütəxəssislər cəlb olunur, ölkəmizdən və xarici ölkələrdən tanınmış alimlərin ustad dərsləri və mühazirələri, habelə intensiv təlimlər və Yay məktəbləri təşkil olunur, tərəfdaş universitetlərin professor-müəllim heyəti mübadilə proqramlarında iştirak edir.

            Belə ki,  2022-ci il sentyabrın 5-dən 9-dək BDU-da təşkil olunan yay məktəbinə İsveçin Linköping Universiteti, Böyük Britaniyanın Derbi Universiteti, Estoniyanın Tallin Universiteti, Portuqaliyanın Tomar Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Mühəndislik Universitetinin müəllim və magistrantları qatılıblar. Yay məktəbində “Oyunlarda və mobil proqramlarda təbii dil emalının vacibliyi”, “Təhsil və avtosürücülüyün təhlili sahələrində interaktiv layihələr”, “OpenMP, MPI və C/C++ texnologiyalarına əsaslanan çoxnüvəli və çoxqovşaqlı kompüter sistemlərində paralel proqramlaşdırma”, “Real hadisə ilə əlaqəli peşəkar simulyasiya və oyun mühitlərində istifadə üçün nəzərdə tutulmuş yüksək dəqiqliyə malik virtual reallıq (VR) simulyatorunun yaradılması”, “Mobil proqramların inkişafı və oyun dizaynının artan imkanları”, “Bulud texnologiyaları və bulud hesablama sistemlərində təhlükəsizlik” kimi mövzularda mühazirələr dinlənilib.

            Qeyd edək ki, Avropa İttifaqının maliyyələşdirdiyi layihədə BDU ilə yanaşı, İsveçin Linköping Universiteti, Böyük Britaniyanın Derbi Universiteti, Estoniyanın Tallin Universiteti, Portuqaliyanın Tomar Universiteti, Rusiya Federasiyasının Həştərxan Universiteti, Voronej Universiteti və Cənubi Federal Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Mühəndislik Universiteti də iştirak edir.

            BDU-da “Erasmus+ KA2” layihəsi çərçivəsində yay məktəbi
            BDU-da “Erasmus+ KA2” layihəsi çərçivəsində yay məktəbi

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025