BDU nümayəndə heyəti “QS Ali Təhsil Pre-sammiti: Asiya Sakit Okean 2024”də iştirak edir
Noyabrın 1-də Əl-Fərabi adına Qazax Milli Universitetində dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “QS” Beynəlxalq Reytinq Agentliyinin təşkilatçılığı ilə “QS Ali Təhsil Pre-sammiti: Asiya Sakit Okean 2024” keçirilib.
Pre-sammitin açılış panelində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Azərbaycan elm və ali təhsili barədə təqdimatla çıxış edib. Paneldə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında cari əlaqələr müzakirə olunub və mümkün gələcək əməkdaşlıq perspektivləri vurğulanıb.
Azərbaycanın 8 aparıcı ali təhsil müəssisəsi pre-sammitdə təmsil olunur. Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti də pre-sammitdə iştirak edir. Bunula yanaşı, BDU-nun rektoru Elçin Babayev pre-sammitdə dünyanın ən nüfuzlu reytinq təşkilatı olan QS-ə müsahibə verib.
17 ölkədən nümayəndə heyətinin təmsil olunduğu pre-sammitin rəsmi açılış hissəsində Qazaxıstan Prezidentinin müşaviri, Qazaxıstanın elm və ali təhsil naziri, “QS” Beynəlxalq Reytinq Agentliyinin rəhbərliyi iştirak edib.