BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “Biologiyada nailiyyətlər və çağırışlar” mövzusunda Beynəlxalq elmi konfransın açılış mərasimi

            BDU-da “Biologiyada nailiyyətlər və çağırışlar” mövzusunda Beynəlxalq elmi konfransın açılış mərasimi

            13 Oktyabr 2022 15:58

            BDU-da “Biologiyada nailiyyətlər və çağırışlar” mövzusunda Beynəlxalq elmi konfransın açılış mərasimi

            Daha sonra Azərbaycan və BDU haqqında videoçarxlar nümayiş etdirilib.
            Konfransın açılış mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev Universitetin Biologiya fakültəsinin ilk məzunlarından biri olan əməkdar elm xadimi, professor Mirəli Axundovun 120 illiyinə həsr olunmuş “Biologiyada nailiyyətlər və çağırışlar” mövzusunda 11-ci Beynəlxalq elmi konfransın iştirakçılarını salamlayıb. Qeyd edib ki, konfransın “Biologiyada nailiyyətlər və çağırışlar” kimi adlandırılması təsadüfi deyil. Ölkəmizdə dünya elminin tələblərinə cavab verən tədqiqatların aparılması, elmi-texniki potensialın inkişafı, eləcə də yüksəkixtisaslı kadrların hazırlanması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Həyat elmləri və biologiya BDU-nun təbiət elmləri sahəsində 5 əsas elmi prioritetindən biridir. Təsadüfi deyil ki, BDU-da Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin nəzdində Biomühəndislik, Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyaları fəaliyyət göstərir. Aqrar sahədə müasir molekulyar bioloji metodların tədqiqi və tətbiqi ilə yeni genotiplərin yaradılması və ümumilikdə ölkəmizdə qida təhlükəsizliyinə töhfə vermək məqsədilə Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzində Hüceyrə kulturası və genom redaktəsi elmi-tədqiqat laboratoriyası yaradılıb və hazırda strukturu formalaşdırılır. Bu, yeni biotexnoloji metodların inkişafına və biotexnologiya sahəsində ixtisaslı mütəxəssislərin hazırlanmasına təkan olacaq.
            Rektor vurğulayıb ki, təhsil-elm-tədqiqat-innovasiya mərkəzlərindən birinə çevrilməkdə olan BDU-da elmin bütün sahələri üzrə kadr hazırlığı həyata keçirilir. Əməkdaşlığın inkişaf etdirilməsi, beynəlxalq elm və təhsil təşkilatları, dünyanın nüfuzlu universitetləri və elmi qurumları ilə əlaqələrin genişləndirilməsi BDU-nun inkişaf strategiyasının prioritet istiqamətlərindəndir. BDU 2022-ci ildə İslam Dünyası Universitetləri Federasiyasına (FUIW) üzv qəbul olunub və ICESCO tərəfindən ali təhsil müəssisələri üçün Açıq Təhsilin İnkişafı layihəsi çərçivəsində tədqiqatçı-alimlər üçün təşkil olunacaq treninqlərdə, həmçinin dünyanın ən nüfuzlu ali təhsil ocaqları və elmi-tədqiqat müəssisələri ilə aparılacaq təcrübə mübadiləsində fəal şəkildə iştirak edəcək. Azərbaycanda yalnız BDU-da ICESCO-nun Biotibbi materiallar kafedrası yaradılıb və kafedra artıq fəaliyyət göstərir: “Biotibbi materialar kafedrasının yaradılmasının təkcə Azərbaycanda deyil, islam dünyası ölkələrində biotibb elminin inkişafına əlavə təkan verəcəyinə əminik. Kafedra biotibbi materiallar üzrə tədqiqat işlərinin aparılmasına, ICESCO-ya üzv dövlətlərdən olan tələbə və gənc alimlərin bu araşdırmalara cəlb edilməsinə və əməkdaşlığın qurulmasına da yardım göstərəcək”.
            İzmir Yüksək Texnologiya İnstitutunun rektoru Yusuf Baran çıxışında həm Azərbaycanın, həm də Asiyanın ən yaxşı universitetlərindən olan BDU-da keçirilən konfransın böyük əhəmiyyətə malik olduğunu vurğulayıb və iştirakçılara uğurlar arzulayıb. Yer üzündə yaşamın biologiya elmi ilə bağlı olduğunu bildirən Yusuf Baran qeyd edib ki, mühüm elmi problemlərin və çağırışların müzakirə ediləcəyi konfrans iştirakçı universitetlər arasında güclü əməkdaşlıqların da başlanğıcı olacaq.
            Daha sonra açılış mərasimində çıxış edən Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Milli Məclisin deputatı, BDU-nun Genetika kafedrasının müdiri Kamilə Əliyeva, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru İradə Hüseynova, Bolqarıstanın Mikrobiologiya İnstitutunun əməkdaşı Lyudmila Kabaivanova, Qazaxıstanın L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin Hüceyrə Biologiyası və Biotexnologiyaları İnstitutunun direktoru Rahmetkaji Bersimbay, V. Axundov adına Milli Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev, Biofizika İnstitutunun direktoru Oqtay Qasımov, BDU-nun Biologiya fakültəsinin dekanı Afət Məmmədova, Mirəli Axundovun övladı, Genetika və təkamül təlimi kafedrasının professoru Ellada Axundova çıxışlarında akademik Mirəli Axundovun biologiya elminin inkişafında xidmətlərindən, eləcə də biologiya elminin prioritet istiqamətləri, aktual problemləri barədə danışıb, bu sahədəki bilik və bacarıqların optimallaşdırılması, habelə elmi əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıblar.
            19 xarici ölkədən (Türkiyə, Fransa, İspaniya, Koreya, Serbiya, Bolqarıstan, Pakistan, Mərakeş, Hindistan, Belarus, Polşa, İran, Nigeriya, Özbəkistan, Rusiya, Argentina, Braziliya, Qazaxıstan, Gürcüstan), ölkəmizin bir çox ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarından olan tədqiqatçıların iştirakı ilə keçirilən beynəlxalq elmi konfransda genetika, molekulyar biologiya, mikrobiologiya, biofizika, biokimya, fiziologiya, nanobiotexnologiya, botanika, flora müxtəlifliyinin mühafizəsi, zoologiya və akvakulturalar, canlı sistemlərin ekologiyası kimi sahələr üzrə məruzələr dinlənilir. Konfransın bölmə iclaslarında  müxtəlif ölkələrdən olan dəvətli məruzəçilərin bu sahələrin problemləri və alınmış ən son nəticələr üzrə çıxışları olacaq.
            Konfrans öz işini sabah da davam etdirəcək.

            BDU-da “Biologiyada nailiyyətlər və çağırışlar” mövzusunda Beynəlxalq elmi konfransın açılış mərasimi
            BDU-da “Biologiyada nailiyyətlər və çağırışlar” mövzusunda Beynəlxalq elmi konfransın açılış mərasimi
            BDU-da “Biologiyada nailiyyətlər və çağırışlar” mövzusunda Beynəlxalq elmi konfransın açılış mərasimi
            BDU-da “Biologiyada nailiyyətlər və çağırışlar” mövzusunda Beynəlxalq elmi konfransın açılış mərasimi

            Son XƏBƏRLƏR

            07.12.2025 | 19:19

            BDU-nun dosenti Qismət Davudov vəfat edib

            06.12.2025 | 19:48

            BDU-nun dosenti Eldar Kərimov vəfat edib

            06.12.2025 | 17:41

            “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsinin ikinci günü başa çatıb

            06.12.2025 | 15:38

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində qrup işləri keçirilib

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025